Tikinti şüşəsinin istehsalında artım var

2025.08.28 16:23 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 6 002,6 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,4 faiz çox olub.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 1 648,5 min kvadratmetr təşkil edib.