2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 20 milyard 701 milyon 383 min ABŞ dolları təşkil edib. Bu müddətdə ölkəyə idxal edilən məhsulların ümumi dəyəri 8 milyard 433 milyon 668 min dollar, ixracın həcmi isə 12 milyard 267 milyon 714 min dollar olub. Beləliklə, əməliyyatların nəticəsində 3 milyard 834 milyon dollarlıq müsbət saldo əldə edilib.
İyul ayında Azərbaycanın ixracı 2 milyard 288 milyon 251 min dollar təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 1,7 dəfə çoxdur. Ötən ay iyun ayı ilə müqayisədə idxalın da həcmi artıb. Aylıq müqayisədə idxal 1,2 dəfə artaraq 1 milyard 417 milyon 438 min dollar təşkil edib.
Qeyd edək ki, bu il ərzində ixracın ən böyük həcmi aprel ayında müşahidə edilib – 2 milyard 605 milyon 407 min dollar. Həmin ay idxalın həcmi isə 1 milyard 425 milyon 760 min dollar olub.
İxrac və idxal əməliyyatlarının dinamikası
Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | Cəmi | |
İxrac | 1.279.407.14 | 1.872.326.14 | 1.332.568.06 | 2.605.407.61 | 1.531.180.01 | 1358.574.14 | 2.288.251.37 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 12.267.714.47 |
İdxal | 1.23.363.53 | 1.132.599.43 | 969.843.97 | 1.425.760.28 | 1.283.872.29 | 1.180.790.91 | 1.417.438.31 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 8.433.668.73 |
Saldo | 256.043.60 | 739.726.71 | 362.724.10 | 1.179.647.33 | 247 307.72 | 177 783.23 | 870 813.07 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 3.834.045.74 |
Dövriyyə | 2.302.770.67 | 3.004.925.57 | 2.302.412.03 | 4.031.167.90 | 2.815.052.31 | 2.539.365.04 | 3.705.689.680.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 20.701.383.20 |
İxracın aylıq artımı |
- | 592.919.00 | -539.758.07 | 1.272.839.55 | -1.074.227.60 | -172.605.87 | 929.677.24 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | - |
İdxalın aylıq artımı |
- | 109.235.90 | -162.755.47 | 455.916.32 | -141.887.99 | -103.081.39 | 236.647.40 | 0.00 | 0.00 | 0.00 | 0.00 | 0.00 | - |