Polad boruların istehsalı 70 faizədək artıb

2025.08.22 16:49 (UTC+04:00)

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 102,4 min ton polad borular istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövri ilə müqayisədə 69,5 faiz çoxdur.

1 avqust 2025-ci il tarixinə ölkədə 2,5 min ton hazır polad borular ehtiyatı mövcud idi.