Azərbaycanın Aİ ölkələrinə ixracı 15 faizə yaxın artıb

2025.08.21 12:54 (UTC+04:00)

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 12,4 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətdə 14,02 faiz artım deməkdir.

İxrac – idxal:

Azərbaycandan Aİ ölkələrinə ixrac: 10,7 milyard dollar (+14,72 faiz)

Aİ ölkələrindən Azərbaycana idxal: 1,68 milyard dollar (+9.76 faiz)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 43,01 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2.56 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi