Gübrə və azot birləşmələrinin istehsalı artıb

2025.08.19 10:30 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkənin kimya sənayesi istehsalı sahəsində 371 min ton gübrə və azot birləşmələri istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 1,9 faiz artıb.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 44,6 min ton təşkil edib.