Naxçıvanda güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb

2025.08.13 14:39 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərin əhəmiyyətli hissəsini regionların inkişafına xidmət edən layihələrə yönəldib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyininin məlumatına görə, cari ilin 7 ayı ərzində Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb.

Fond tərəfindən 2025-ci ilin 7 ayında maliyyələşdirilmiş 8,2 milyon manat kreditin 9,2 faizini kiçik, 30,0 faizini orta və 60,8 faizini böyük həcmli kreditlər təşkil edib.