Karbamid istehsalında artım var

2025.08.08 10:17 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 314,8 min ton karbamid istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 3,3 faiz və ya 10,2 min ton artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 21,7 min ton təşkil edib.