Niderlandla ticarət dövriyyəsi 200 milyon dolları üstələyib

2025.08.07 12:44 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Niderland ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 72,2 faiz artaraq 200,3 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Niderlanda ixrac: 132,7 milyon dollar (+1,9 dəfə)

Niderlanddan Azərbaycana idxal: 67,5 milyon dollar (+45,1 faiz)

Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderland ilə ticarətin payı 0,82 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi