Malayziya təyyarə sərnişinlərindən vergi tutacaq

2019.08.10 15:53 (UTC+04:00)

Hökumət sentyabr ayının 1-dən ölkədən təyyarə ilə çıxan bütün sərnişinlərdən yeni vergi tutmaq barədə qərar qəbul edib. Maliyyə naziri Lim Quanın imzaladığı sərəncamda verginin müxtəlif dərəcələri müəyyənləşdirilib. Ekonom-klass səvviyəli təyyarə bileti ilə Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ACEAN) ölkələrinə (buraya Malayziya ilə yanaşı, İndoneziya, Bruney, Vyetnam, Laos, Kamboca, Myanma, Sinqapur, Tailand və Filippin daxildir) uçanlar 8 rinqqit (3,23 manat) vergi ödəyəcəklər. Yüksək komfortlu yerlərdə uçanların vergi öhdəliyinin məbləği isə 50 rinqqitdir (20,23 manat).1

Malayziyadan digər ölkələrə ekonom-klass bileti ilə uçanlar 20 rinqqit (8 manat), yüksək dərəcəli biletlər ilə uçanlar isə 150 rinqqit (59,5 manat) vergi ödəyəcəklər.