"Azərkosmos" ASC nizamnamə kapitalının artırılması məqsədilə anderraytinq xidmətləri təklif edən şirkət seçir. Qurumun yaydığı məlumatda bildirilir ki, seçim kotirovka sorğusu üsulu ilə keçirilir. Sorğuda iştirak arzusunda olan şirkətlər avqustun 14-də saat 18:00-dək xidmətlərinin dəyəri üzrə təkliflərini təqdim etməlidir. Tender proseduru avqustun 15-də baş tutacaq.
Qeyd edək ki, "Azərkosmos"un 2018-ci il üzrə maliyyə hesabatına əsasən, 2019-cu il yanvarın əvvəlinə ASC-nin nizamnamə kapitalı 63 milyon 610,6 min manat təşkil edib.