2019-cu ilin iyul ayında ölkəmizə 365 min əcnəbi qonaq gəlib. Bu, 2018-ci ilin iyul ayına nisbətdə 10,6 faiz artım deməkdir. Dövlət Turizm Agentliyindən verilən verilən məlumata görə, qonaqların üçdə birindən çoxunu 35 faizlə Rusiyadan gələnlər təşkil edib. Bu göstərici 2018-ci ilin eyni ayı ilə müqayisədə 10 faiz çoxdur. İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub: ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən gələnlərin sayı 12 min və ya 26 faiz artaraq 61 min nəfər təşkil edib. Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı isə 25 faiz artmaqla rekord həddə - 29 minə çatıb. Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39 faiz və 44 faiz artım qeydə alınıb. Ən yaxşı turizm bazarları sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4 faiz artıb.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyondan çox əcnəbi səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7,4 faiz çoxdur.