Maye qazın istehsal həcmi artıb

2025.08.01 13:03 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin neft məhsullarının istehsalı sahəsində 112,6 min ton maye qaz istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 20,2 faiz və ya 18,9 min ton artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 3,5 min ton təşkil edib.