Paytaxtın biznes infrastrukturuna dair strateji layihələr hazırlanacaq

2019.08.09 19:14 (UTC+04:00)

Paytaxt Bakının biznes infrastrukturunun inkişafına təsir edə biləcək potensial strateji layihələr müzakirə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və "Boston Consulting Group" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə "Boston Consulting Group" tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması üzrə görülmüş işlər, eləcə də şəhərin iqtisadiyyatının uzunmüddətli perspektivdə inkişaf istiqamətlərinə dair mümkün ssenarilər barədə məlumat verilib, paytaxtın biznes infrastrukturunun inkişafına təsir edə biləcək potensial strateji layihələr haqda geniş müzakirələr aparılıb.