Çində 81,3 milyard dollar həcmində vergi cinayətlərinin təhqiqatı aparılır

2019.08.09 18:35 (UTC+04:00)

Çin polisi 22.800 vergi cinayəti üzrə təhqiqata başlayıb. Bu cinayətlərlə bağlı dövlət büdcəsindən 560 milyard yuan (81,3 milyard ABŞ dolları) məbləğində vergilərin yayındırıldığı iddia edilir. İctimai Təhlükəsizlik Nazirliyindən bildirilib ki, bu halların 90 faizə yaxını əlavə dəyər vergisi ilə bağlı saxta hesab-fakturaların təqdim edilməsi ilə əlaqədardır. Digər cinayətlərə səbəb kimi, ixrac üçün vergi güzəştlərinin alınmasında yalan məlumatların verilməsi göstərilib.