Tibb sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

2025.07.28 16:44 (UTC+04:00)

Azərbaycan Biznesinin İnkişafı Fondunda Özəl Tibb Müəssisələri Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

Görüşdə tibb sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.