İstehlak bazarında qiymətlər açıqlanıb

2019.08.09 15:12 (UTC+04:00)

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin iyul ayında əvvəlki aya nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.