“Agrofert” şirkəti ilə görüşdə dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb

2025.07.22 17:02 (UTC+04:00)

“Çex Respublikasına səfərimiz çərçivəsində “Agrofert” şirkətinin sədr müavini Petr Sinqr ilə görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyətini vurğuladıq. Azərbaycanda xarici investorlar üçün mövcud imkanları və potensial əməkdaşlıq istiqamətlərini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.