Ağdam Sənaye Parkında əlavə olaraq 400-ə yaxın yeni iş yeri yaradılıb

2025.07.22 15:13 (UTC+04:00)

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə əlavə olaraq 400-ə yaxın yeni iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, işlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.

Fabrikdə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur.

Müəssisənin illik istehsal gücü 20 milyard ədəd siqaret təşkil edir. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Özbəkistan və İraqa ixrac edilir.