Meyvə-tərəvəz üzrə ixrac göstəriciləri açıqlanıb

2025.07.18 14:52 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində ölkədən 415,7 milyon ABŞ dolları dəyərində 402,3 min tondan çox tərəvəz və meyvə ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 24,3 faiz və ya 81,19 milyon dollar, həcmi isə 25 faiz və ya 80,4 min ton artıb.

Cari ilin ilk altı ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 23,7 faizə bərabər olub.