Şəkər istehsalında artım qeydə alınıb

2025.07.16 10:53 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 163,9 min ton şəkər və qənd istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 37,6 faiz və ya 44,8 min ton artıb.

Cari ilin may ayı ilə müqayisədə iyunda istehsal həcmində 39,5 faiz və ya 13 min ton artım qeydə alınıb. İyun ayında 45,9 min ton şəkər və qənd istehsal olunub.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 5,6 min ton təşkil edib.