Hava nəqliyyatı ilə sərnişin və yük daşımaları artıb

2025.07.15 14:02 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 1 860,9 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 2,6 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Cari ilin ilk yarımilində bu nəqliyyat növü ilə 192 min ton yük daşınıb. 2024-cü ilin müvafiq dövrünə nisbətdə 8,4 faiz artım müşahidə olunub.