Azərbaycanda toyuq əti istehlakı artır

2025.07.15 13:30 (UTC+04:00)

Ölkə üzrə illik adambaşına toyuq əti istehlakı 2015-ci ildəki 10,5 kiloqramdan 2023-cü ildə 16,4 kiloqrama qədər artıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, bu dövrdə istehsal həcmi müvafiq olaraq 97,2 min tondan 137,5 min tona yüksəlib. Bu məhsul üzrə ölkənin özünütəminetmə səviyyəsi 82 faiz civarındadır.