Bu ilin yanvar-iyun aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsi 116,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 69,3 faiz çoxdur.
Qeyd edək ki, cari ilin ilk yarısında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılan malların dəyəri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz artaraq 29 570,8 milyon manata bərabər olub, onun 45,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Pərakəndə ticarət dövriyyəsinin 0,39 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.