Cari ilin ilk 6 ayında 13,7 milyon ton neft hasil edilib

2025.07.14 12:28 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barel), kondensat hasilatı 13,7 min ton (113 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barel) olub.

Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.