Bu ilin yanvar-iyun ayları ərzində ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6640,0 milyon manat təşkil edib ki, onun da 3473,1 milyon manatı heyvandarlıq, 3166,9 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 1,8 faiz artıb.