Minik avtomobillərinin istehsalında artım var

2025.07.11 17:47 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 2 132 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 4,9 faiz artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 36 avtomobil təşkil edib.