2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiq edilib

2025.07.11 14:12 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunu təsdiq edib.

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası gəlirlər 37 161 838,6 min manat, xərclər 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında” da Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası, gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat və ya Fondun 2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, təsdiq edilib.