Ölkə üzrə 187 tona yaxın yaş barama tədarük edilib

2025.07.09 13:22 (UTC+04:00)

2025-ci təsərrüfat ilində Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 8-nə kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib.

Ən çox barama tədarükü üzrə rayonların siyahısı:

Zərdab - 32 282 ton

Zaqatala - 19,147 ton

Balakən - 17,514 ton

Ağcabədi - 17,141 ton

Şəki - 8628 ton

Qax - 8029 ton

Bərdə - 7343 ton

Füzuli - 7254 ton

Tərtər - 6540 ton

Digər rayonlar üzrə yaş barama istehsalı 5 min tondan artıq olub.

Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.