Rumıniyaya xam neft məhsullarının ixracı 2 dəfəyədək artıb

2025.07.07 17:11 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1 milyon ABŞ dolları dəyərində 683,7 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 1,77 dəfə və ya 164,8 milyon dollar, həcm baxımından isə 1,98 dəfə və ya 339,3 min ton üstələyir.

Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,59 faizi bu ölkənin payına düşüb.