Yanvar-may aylarında 9 min tonadək metaldan konstruksiyalar istehsal olunub

2025.07.04 11:53 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 8,9 min tondan çox metaldan konstruksiyalar istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 4,8 faiz və ya 412,6 ton artıb.

İyun ayının 1-nə hazır məhsul ehtiyatı 11,2 min ton təşkil edib.