Sloveniya ilə ticarət dövriyyəsi 40 faizədək artıb

2025.07.01 12:22 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 38,6 faiz artaraq 18,4 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Sloveniyaya ixrac: 7 milyon dollar (+1,9 dəfə)
Sloveniyadan Azərbaycana idxal: 11,3 milyon dollar (+18,2 faiz)

Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sloveniya ilə ticarətin payı 0,08 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi