Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,8 faiz artaraq 3613,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3133,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86,7 faizini təşkil edib.