Səhv məlumat verən fermerlər subsidiyalardan məhrum edilə bilər

2019.08.07 16:12 (UTC+04:00)

Növbəti il üçün nəzərdə tutulmuş mexanizm sayəsində fermerlərin verdiyi məlumatların doğruluğunu araşdırmaq mümkün olacaq. Elektron sistem vasitəsilə aparılan müşahidə nəticəsində fermerin səhv məlumat verdiyi məlum olarsa, onun səhvi təqribən 5 faizədək olduqda bağışlanacaq.

Bu sözləri jurnalistlərə müsahibəsində deyən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bununla bağlı xüsusi meyarların da müəyyən edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, səhv məlumatlar 50 faizi keçdikdə cari və növbəti il üçün həmin fermerin torpağına subsidiya verilməyəcək. Bu mexanizmlər bəzi fermerləri neqativ hallardan daşındırmaq məqsədi daşıyır.