Bu ilin yanvar-may aylarında ölkənin mədənçıxarma sənayesində 489,8 min ton tikinti qumu istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 19,6 faiz və ya 80,1 min ton artıb.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 10,3 min ton təşkil edib.