“Şahdəniz” yatağından hasil edilən qazın həcmi 250 milyard kubmetrə çatıb.
Energetika Nazirliyinin məlumatına görə, 1999-cu ildə kəşf olunan bu yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
Yataqdan ilk qaz hasilatına “Şahdəniz Mərhələ-1” layihəsi üzrə 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə 2018-ci ilin iyulunda başlanılıb.