Taxıl sahələrindən 1 milyon tondan çox taxıl yığılıb

2025.06.21 15:15 (UTC+04:00)

Ölkə üzrə payızlıq əkin sahələrinin 35,6 faizində biçin başa çatıb, sahələrdən 1 087 507 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda sahələrinin 13,2 faizi, arpa sahələrinin isə 62,1 faizi biçilib.

Hazırda orta məhsuldarlıq buğda üzrə 35,3 faiz, arpa üzrə isə 32,2 faiz təşkil edir.

2024-2025-ci təsərrüfat ilində əkilən 426 623 hektar arpa sahəsinin 264 861 hektarı biçilib, sahələrdən 852 176 ton arpa yığılıb.

Hazırda respublikanın 51 rayonunda aktiv biçin aparılır.