Bu ilin yanvar-may aylarında ölkənin neft-qaz sektoruna 1958,8 milyon manatlıq investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən 4735,8 milyon manatlıq investisiyanın 911,3 milyon manatı (ümumi sərmayənin 13,6 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Cari ilin ilk beş ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən investisiyanın 1598,5 milyon manatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.