Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2019.08.07 14:35 (UTC+04:00)

Avqustun 6-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015751 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjanın açıqlamasında bildirilir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 manat (10.0000 faiz) və 101.4657 manat (7.200 faiz) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.2994 manat (7.2900 faiz), orta ölçülmüş qiyməti 101.3264 manat (7.2754 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,144,100.00 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.
İstiqrazlar 2021-ci il avqustun 3-də ödəniləcək.