Bu ilin yanvar-may ayları ərzində “AzerGold” QSC tərəfindən 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib.
QSC-dən verilən məlumata görə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə qızılın satışı 171 faiz, gümüşünkü isə 17 faiz artıb.
Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20,2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238 faiz artım deməkdir.
Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95,4 milyon manat gəlir əldə olunub.