Naxçıvanda ÜDM istehsalı 3 faizdən çox artıb

2025.06.19 14:39 (UTC+04:00)

2025-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 598 755,9 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin hesabatına əsasən, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,7 faiz artaraq 1270,4 manat təşkil edib.

Hesabat dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 672,8 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 31,5 faiz üstələyir.

Əsas kapitala vəsait qoyuluşunun 34 861,2 min manatı və ya 62,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.