Minik avtomobillərinin istehsalında artım var

2025.06.18 17:33 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 2 052 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 47,7 faiz artıb.

İyun ayının 1-nə hazır məhsul ehtiyatı 62 avtomobil təşkil edib.