Ölkədə aparılan iqtisadi, o cümlədən vergi islahatlarının nəticələri özünü xarici ticarət dövriyyəsində daha aydın göstərir. 2019-cu ilin ilk yarısının yekunlarına əsasən, Özbəkistanın xarici ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,52 milyard ABŞ dolları və ya 29,8 faiz artıb. İxrac 8,44 milyard dollar (artım tempi 27 faiz), idxal isə 11,24 milyard dollar (artım tempi 32 faiz) təşkil edib. Xarici ticarət saldosu mənfi 2,8 milyard dollar olub.
Özbəkistanın ticarət tərəfdaşları arasında birinci yerdə Çin gəlir, həmin ölkə ilə altı aylıq mal dövriyyəsi 3,9 milyard dollar olub. Eyni dövrdə Özbəkistan Rusiya ilə 2,9 milyard, Qazaxıstanla 1,7 milyard, Koreya ilə 1,3 milyard, Türkiyə ilə 1,2 milyard dollar həcmində ticarət edib. İxrac dövriyyəsində malların xüsusi çəkisi 81,5 faizdir. Bunun 24,8 faizi (2,1 milyard dollar) qızılın, 16,8 faizi (1,4 milyard dollar) enerji daşıyıcılarının və neft məhsullarının, 9,4 faizi (793,7 milyard dollar) ərzaq məhsullarının, 9,1 faizi (771,5 milyon dollar) tekstilin və tekstil məmulatlarının, 5,8 faizi (486,2 milyon dollar) əlvan metalların və əlvan metal məmulatlarının, 1,7 faizi (146,6 milyon dollar) isə qara metalların və qara metal məmulatlarının payına düşür.