İsveçdə dilənmək üçün lisenziya tələb olunur

2019.08.06 18:39 (UTC+04:00)

Bu qayda ölkənin bütün ərazisində deyil, İsveç krallığının mərkəzində yerləşir və təxminən 70 min əhalisi olan Eskilstuna şəhərində qüvvədədir. AZƏRTAC-ın məlumatına əsasən, yeni sxem Eskilstuna şəhər şurası tərəfindən 2018-ci ilin iyununda qəbul edilib. Hazırda dilənçilər üçün lisenziya haqqının məbləği 250 İsveç kronudur ki, bu da 44 manatdan çoxdur. Lisenziyanın qüvvədə qalmaq müddəti 3 aydır – bu müddət bitəndən sonra lisenziya yenilənməlidir. Dilənmək arzusunda olanlar lisenziya almaq üçün xüsusi internet saytına müraciət edirlər və sənədləşməni internet üzərindən aparırlar. Lisenziya almayan dilənçilərə isə 4 min İsveç kronu (təxminən 710 manat) məbləğində maliyyə sanksiyası tətbiq olunur.