Cari ilin ilk dörd ayında 26,5 milyon dollarlıq alma ixrac edilib

2025.06.05 13:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədən 26,5 milyon ABŞ dolları dəyərində 38,7 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 31 faiz və ya 6,28 milyon dollar, həcm baxımından isə 27,1 faiz və ya 8,2 min ton çoxdur.

Cari ilin ilk dörd ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,3 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,49 faizə bərabər olub.