TAP-ın icraçı direktoru: “Azərbaycan Avropaya davamlı və etibarlı təchizatçı olduğunu sübut edib”

2025.06.04 16:05 (UTC+04:00)

Cənub Qaz Dəhlizi ilə Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına çatdırırıq. Həqiqətən, son 5 ildə Avropanın enerji təchizatnın təhlüksəziliyinə böyük töhfə vermişik.

Bu sözləri TAP-ın icraçı direktoru Luka Şippati Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropaya 47 milyard kubmetrdən çox qaz ixrac olunub ki, bunun da 39 milyard kubmetri İtaliyaya nəql edilib.

“Nominal ötürücülük qabiliyyətini keçmişik. Biz etibarlı, davamlı mənbəyə - Azərbaycana arxalanmışıq. Azərbaycan Avropaya sübut edib ki, o davamlı və etibarlı təchizatçıdır. Biz istənilən riskləri real vaxt ərzində süni intellekt və dron kimi texnologiyalarla idarə edə bilirik. Bütün bu texnologiyalar gündəlik boru kəmərinin etibarlılığını təmin edir”, - deyə o nəzərə çatdırıb.

AZƏRTAC