"ACWA Power" şirkəti ilə müzakirələr aparılıb

2025.06.03 17:17 (UTC+04:00)

“30-cu Bakı Enerji Həftəsi çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşdük. Qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti, yaşıl enerji və dəniz suyunun duzsuzlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.