Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sənədi nazir Məcnun Məmmədov və Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama imzalayıblar.
Anlaşma Memorandumunda aqrar sahədə aşağıda göstərilən əməkdaşlıq istiqamətləri əksini tapıb:
- birgə İşçi Qrupun yaradılması;
- prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi;
- kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi;
- ticarət əlaqələrinin qurulması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi;
- rəqəmsallaşdırma;
- yeni texnologiyalar barədə məlumat mübadiləsi;
- aqrar sığorta sahəsində təcrübənin paylaşılması;
- aqrar tədqiqat;
- ticarət missiyalarının təşkili;
- özəl sektor arasında əlaqələrin gücləndirilməsi.