Macarıstanla iqtisadi əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb

2025.06.03 15:37 (UTC+04:00)

“30-cu Bakı Enerji Həftəsi çərçivəsində Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, "4iG Space and Defence Technologies Plc." şirkətinin sədri Gellert Yasai ilə görüşdük. Ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.