Çin Xalq Respublikasının Cianqsu əyaləti ilə birgə fəaliyyət imkanları dəyərləndirilib

2025.06.03 12:46 (UTC+04:00)

“Çin Xalq Respublikasının Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Görüşdə Azərbaycan və Cianqsu arasında ticarət, investisiya, yaşıl enerji, yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanları dəyərləndirilib: “Azərbaycan və Çin liderləri tərəfindən iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əməkdaşlığın daha da şaxələnməsinə və yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini qeyd etdik”.