Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub

2025.06.03 16:08 (UTC+04:00)

Ötən ay paytaxt və regionlarda özünüməşğulluq proqramı çərçivəsində 945 nəfər işsiz və işaxtaran şəxs mal və materiallar formasında aktivlərlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.